Azərbaycan millisinin hücumçusu Mahir Mədətov Moldova ilə yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.
- Milli komanda yanvarın 27-dən təlim-məşq toplanışındadır. Məşqlər necə keçir? Yığmada atmosfer necədir?
- Bu Qurban müəllim ilə birinci təlim-məşq toplanışıdır. Atmosfer olduqca yaxşıdır. Futbolçular həm bir-biri ilə həm də baş məşqçi ilə tez bir zamanda uyğunlaşdılar. İndi məşqlərə vərdiş alsaq da, bura milli komandadır. Futbolçularda hazırlıq prosesinə vərdiş yaranmalıdır. Sabahkı oyunu düşünürük. Qələbə ilə başlamaq istəyirik. Çox uğurlara imza ata bilərik.
- Klubun və millinin təlim-məşq toplanışında nəsə fərqlilik hiss edirsinizmi? Yoxsa hamısı sizə eyni gəlir?
- Məşqçinin xarakterinə bələdik. Klubla milli komanda tam başqadır. Millidə çalışmaq lazımdır ki, uğur əldə edək. Buranın atmosferi klubdan fərqlənir. Klubda 100 faiz çalışırsansa, burda 200 faiz çalışmalısan. Hər kəsin gözü səndədir və səndən uğur gözləyirlər. Ona görə bura həm baş məşqçi, həm də biz başqa cür yanaşırıq.
- Bizimlə oyundan öncə Moldova Cənubi Koreyaya məğlub oldu. Bu oyuna baxmısanmı? Moldovanın hazırkı durumu haqda məlumatınız varmı?
- Bu gün məşqdən öncə iclas oldu. Oyunu izlədik. Biraz məlumat aldıq. Sabah da oyundan öncə məlumat veriləcək.
- Millətlər Liqasında rəqiblər bəllidir. Bu barədə nə deyə bilərsiniz?
- Rəqibləri zəif görməyi sevmirəm. Hər bir komandanın öz gücü var. Rahat qrupdur demək olmaz. Qrupdan çıxmaq şanslarımız da var. Bunu üçün çalışmalıyıq.
- Millətlər Liqasından başqa seçmə mərhələ oyunları da var. Gücümüz çatacaqmı?
- Biz gücümüzü bölüşdürməyi bacaracağıq. Bayaq da qeyd etdim klubda 100 faiz çalışırıqsa, millidə 200 faiz çalışmalıyıq ki, uğur əldə edə bilək. Bacardığımızdan artığını etmək lazımdır.
- Milli komandanın "Qarabağ”ın sistemi ilə oynayacağı gözlənilir. Bu klubun üzvləri üçün bir üstünlükdür?
- Sözün düzü, o barədə düşünməmişəm. Eyni sistem ola bilər. Amma orda neçə ildir bir yerdə oynayırıq. Burda isə fərqli klublarda çıxış etdiklərimiz var. Uyğunlaşmalıyıq. Klubda bunu yaxşı bacardıq. Düşünürəm ki, burda da bacaracağıq.
- Əvvəlki illərlə müqayisədə hücum xəttində problem var. Ramil Şeydayev və Ruslan Qurbanov oyun praktikasının azlığından əziyyət çəkirlər. Hazırkı durumda yük sizin üzərinizə düşür...
- Yığmada hansı mövqedə oynayacağımı mən də bilmirəm. Amma harda çıxış etməyimdən asılı olmayaraq, bütün gücümü meydana qoyacam. Yəqin ki, mövqeyimlə bağlı böyük dəyişiklik olmayacaq. Çünki adətən yarımmüdafiənin sol cinahında və ya hücumda çıxış edirəm.
- Bir ara məlumat yayıldı ki, sizinlə Almaniya klubları maraqlanır. Bu informasiya nə dərəcədə doğrudur?
- Mən də bunu mətbuatdan oxudum. Real bir şey olanda kluba müraciət edilir.
- Reallıq budur ki, ən azı mövsümün sonuna qədər "Qarabağ”dasınız?
- Bəli.
Mənbə: sportnet.az
Fransa - İsveç: Heyətlər
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır