“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov bu gün Polşanın “Yagelloniya” klubuna 1:8 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, o, əvvəlcə böyükhesablı məğlubiyyəti şərh edib.
- Yoxlama oyunu olsa da, “Kəpəz” bu gün 1:8 hesabı ilə uduzdu…
- Antalyaya gələndən komandaya istirahət verməmişəm. Gündə 2 dəfə olmaqla, ağır məşqlər keçirik. Bundan başqa, 2 çətin oyun oynamışıq. Dünən komandanı çox yükləmişdim, bu da özünü göstərdi. Futbolçularımızda yorğunluq var idi.
- Belə çıxır ki, 1:8 hesablı məğlubiyyətə baxmayaraq, komandadan narazı qalmamısınız?
- Belə oyunlarda hesabı nəzərə almıram. Bu, hazırlıq dövrdür. Onların çempionatında oynasaydıq, fikirləşərdik. Biz Azərbaycan çempionatında oynayırıq.
- Yoxlama oyunu olsa da, bundan əvvəl “Neftçi”nin “SKA-Xabarovsk” klubuna 1:8 hesablı məğlubiyyəti böyük rezonans doğurdu…
- Sizinlə razıyam. Yoxlama oyunu olsa da, bu hesabı heç kim istəməzdi. Özünüz də gördünüz ki, uşaqlar çox yorğun idilər.
- Komanda yorğun olmasaydı, bu cür uduzmayacaqdınız?
- Mən istəyirəm ki, yenə oynayaq. Menecerə də deyəcəm ki, ayın 31-dəki digər oyunu ləğv edib, “Yagelloniya” ilə növbəti dəfə görüş təşkil etsin.
- Revanş almaq istəyirsiniz?
- Revanş deməzdim. Sadəcə, hiss edirəm ki, “Kəpəz” bu komandaya qarşı yaxşı oynaya bilər.
- Qorxmursunuz, yenə eyni nəticə və dava olar?
- Yox, dava epizodunda bizim heç bir günahımız olmadı. Rəqib futbolçu Tərzini yerə yıxdı, sonra da təpik vurdu. Bundan sonra ara qarışdı, rəqibin ehtiyat oyunçuları da davaya qarışdı. Bizim uşaqlar heç kimi vurmadılar.
- Hesaba görə gərginlik var idi. Bəlkə buna görə dava düşdü…
- Düzdü, gərginlik var idi. Komandam bu hesabla uduzmaq istəmirdi. Amma yenə deyirəm, bizlik bir şey yox idi. Bu komanda ilə yenidən oynamaq istərdim.
- Ara sakitləşəndən sonra görüşün baş hakimi bildirdi ki, “Kəpəz” oynamaq istəmir. Komandanı meydandan çıxarmaq istəyirdiniz?
- Xeyr, elə bir şey yox idi. Elə bildim ki, birinci hissəni bitirib, ona görə komandanı paltardəyişmə otağına çağırdım.
- Fasilədə futbolçulara hansısa irad bildirdiniz?
- Əlbəttə, onlarla danışdım ki, mən işləyən komandada dava ola bilməz. Buna imkan vermərəm. Komanda həm meydanda, həm də kənarda intizamlı olmalıdı. Bir də onları ruhlandırdım ki, hesaba görə pis olmasınlar. Burda qəbahət bir şey yoxdur. Çünki yoxlama oyunudur. Hazırlıq dövründə çox şey ola bilər. Elə komanda olar ki, biz də onlara 8-ni vurarıq.
- Oyundan öncə qeyd etdiniz ki, baxışda olan ukraynalı müdafiəçini saxlamaq fikrindəsiniz. Bugünkü məğlubiyyətdən sonra hələ də o fikirdəsiniz?
- 8 qolun hamısında onun səhvi olmadı ki. 11 nəfərin hamısı aşağı səviyyədə oynadı.
- Ümumiyyətlə, onun bu oyundakı çıxışı size qane etdi?
- Hələ ki, onunla bağlı heç nə deyə bilmərəm. Fikirləşirik.
- İki fərqli hissə izlədik. Birinci yarıda meydanda yatan “Kəpəz” ikinci hissədə sanki ayıldı…
- İkinci hissədə meydana çıxan futbolçularımız əvvəlki 2 oyunda az oynayıblar. Ona görə də çox yorğun deyildilər.
Elnur SALAHOV
Norveç Kot d'İvuara qalib gəldi
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi