“Qarabağ”ın U-19 komandasının üzvü Yaroslav Deda Qol.az saytına müsahibə verib. Komandasının avrokuboklardakı çıxışını dəyərləndirən ukraynalı hücumçu digər məqamlara da toxunub.
- İlk dəfə çıxış etdiyiniz UEFA Gənclər Liqasında 1 qələbə qazanıb, 5 oyunda məğlub oldunuz...
- Məncə, pis nəticə deyil. Çıxışımızı qənaətbəxş hesab etmək olar.
- Belə bir turnurdə iştirak etmək gənc futbolçu üçün nə deməkdir?
- Çox gözəl hisslərdir. Amma, əlbəttə, istərdim ki, əsas komandanın tərkibində Çempionlar Liqasında oynayım.
- “Qarabağ”ın Gənclər Liqasındakı hər 3 qolunu sən vurdun. Özü də Avropanın nəhəng komandalarına...
- Bu, mənim üçün böyük təcrübə oldu. Çoxdandır səviyyəli rəqiblərə qarşı oynamaq və qol vurmaq istəyirdim.
- Komandaya yayda qoşulsan da, çox tez uyğunlaşdın...
- Bəli, komandaya tez uyğunlaşdım. Amma bunu təkbaşına edə bilməzdim. Komanda yoldaşlarım adaptasiya məsələsində mənə çox kömək etdilər.
- Gənc yaşında legioner həyatı yaşayırsan. Özünü “Qarabağ”da necə hiss edirsən?
- “Qarabağ”da özümü çox yaxşı hiss edirəm. Düzdür, ailəmdən uzaq qalıram. Amma müvəqqətidir. Düşünürəm ki, tezliklə sevdiyim insan yanımda olacaq və işim daha da asanlaşacaq.
- Sənin milliləşdiriləcəyin və yığma komandamıza cəlb olunacağın haqda xəbərlər dolaşır. Maraqlıdır, bu barədə nə düşünürsən?
- Hələlik bu haqda danışmaq istəmirəm. Çünki heç nə bilmirəm.
- Qurban Qurbanov mətbuat konfransında səni də Antalya toplanışına aparacağını söyləyib. Özünü əsas komandada oynamağa hazır sayırsan?
- Əlbəttə. Məni də toplanışa dəvət etdikləri üçün çox sevinirəm. Əsas komandada oynamağa hazıram.
Elnur SALAHOV
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı