"Milan" yenidən Montellaya tapşırılır - "Football İtalia"

"Milan" yenidən Montellaya tapşırılır - "Football İtalia"
XƏBƏR 24 Dekabr 2017 / 18:51 3906
-  A +

"Milan"ı yenidən Vinçenzo Montella çalışdıra bilər.

Qol.az-ın məlumatına görə, bu iddia ilə "Football İtalia" nəşri çıxış edib. Xəbərdə qeyd olunub ki, 43 yaşlı mütəxəssislə klub arasında imzalanan müqavilə hələ də ləğv olunmayıb. Bu isə o deməkdir ki, tərəflər razılığa gəlsələr, Montella yenidən komandanın sükanı arxasına keçə bilər.

Qeyd edək ki, noyabrın 27-də istefaya göndərilən Montellanın əvəzinə Cennaro Qattuzo baş məşqçi təyin olunmuşdu. "Milan" onun başçılığı altında meydana çıxdığı 4 oyundan 4 xal qazana bilib. Komanda hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər