“Neftçi”nin əvəzedici komandasından ayrıldıqdan sonra birinci divizion təmsilçisi “Xəzər”in baş məşqisi təyin olunan Elşad Əhmədov Qol.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis həm sabiq klubundan ayrılmasından, həm də yeni təyinatından danışıb.
- İlk sualım “Neftçi” ilə bağlı olacaq. Bu komandadan niyə ayrıldınız?
- Bu cür dəyişikliklər məşqçi həyatında tez-tez baş verən hallardır. Dünən məni bazaya çağırıb, söhbət etdilər. Dedilər ki, Tərlan Əhmədov səninlə işləmək istəmir. Mən də dedim ki, çox yaxşı. Onsuz mən də onunla işləmək istəmirdim. Rəhbərlik məni akademiyanın rəhbəri təyin etmək istəyirdi, razılaşmadım. “Neftçi”dən bu cür ayrıldım. 7 ildir “Neftçi”nin əvəzedici komandasında işləyirdim. Artıq mənim yerim əsas komanda idi. Ora isə təyin olunmaq şansım az idi.
- Bəs “Xəzər” variantı necə yarandı?
- “Neftçi”dən ayrıldıqdan sonra “Xəzər”in baş meneceri Gündüz Abbaszadə və icraçı-direktoru Emin Abbasovla görüşdüm. Bu işi onlar mənə təklif etdilər. Müəyyən müzakirələrdən sonra razılıq verdim.
- İddialı klublarda çalışan bir çox mütəxəssislər birinci divizionda işləməyi karyeralarında geri addım kimi dəyərləndirirlər. Siz necə düşünürsünüz?
- Mənə birinci diviziondan çox təklif olub. Mən də fikirləşirdim ki, aşağı dəstə mənim üçün geri addım olar. Çünki orada perspektiv az olur. Amma “Xəzər” rəhbərliyi ilə danışdıq. Gördüm ki, gələcəklə bağlı yaxşı planları var. İddialı komanda yaratmaq istəyirlər. Müəyyən söhbətlərdən sonra fikirləşdim ki, niyə də olmasın.
- Dediniz ki, rəhbərliklə artıq söhbətiniz olub. Maraqlıdır, qarşınıza bu mövsüm üçün hansısa hədəf qoyulubmu?
- Rəhbərliklə bu barədə konkret söhbətimiz olmayıb. Sadəcə, Emin müəllimlə danışmışıq. O, mənə dedi ki, iddialı komanda yaratmaq, “Xəzər”i yaxşı yerlərə yüksəltmək istəyirik. Əsas məqsəd gələcəyin komandasını yaratmaqdır. Birdən-birə çempion olmaq mümkün deyil. Hər şeyə yavaş-yavaş nail olmaq lazımdır.
- “Xəzər” hazırda 16 xalla 8-ci pillədədir. Necə düşünürsünüz, işiniz çətin olmayacaq?
- İlk pilləni kənara qoyuram. İkinci yerdəki komandadan cəmi 5 xal geridəyik. Birinci növbədə komandanı formalaşdırmalıyıq. Bundan sonra əlimizdəki materiala uyğun plan cızacağıq. Əvvəlcə yaxşı kollektiv yaratmalıyıq ki, istədiyimiz nəticə uğrunda vuruşa bilək. Bilirsiniz ki, “Xəzər” çempionatın startına 2-3 gün qalmış yığılmış komandadır. Bəzi çətinliklər olacaq. Mən həmin çətinlikləri bilib gəlmişəm. Əvvəlcə bunu aradan qaldırmaq lazımdır. Yükün altına girmişiksə, işləməliyik.
- Komanda ilə tanış olmusunuz?
- Tanışlıq olmayıb. Sadəcə, siyahını görmüşəm ki, heyətdə kimlər var.
- Heyətlə bağlı böyük dəyişiklər olacaq, yoxsa...?
- Əlbəttə, olacaq. Normal komanda yaratmaq istəyiriksə, dəyişikliklər olmalıdır.
- Köməkçilərinizi müəyyənləşdirmisiniz?
- Bununla bağlı söhbət gedir. Amma hələ dəqiq bilinmir.
Elnur SALAHOV
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik