Bu yaxınlarda 17 yaşadək futbolçulardan ibarət yığmamıza baş məşqçi təyin olunan Ramin Quliyev Qol.az saytına müsahibə verib. Gənc mütəxəssis əvvəlcə bu vəzifəyə təklif almasından danışıb.
- Bununla bağlı AFFA mənə təklif göndərdi. Məmnuniyyətlə qəbul etdim. Bu təklifi geri qaytarmaq mümkün deyildi.
- Qurban Qurbanov əsas milliyə baş məşqçi təyin olunduqdan sonra aşağı yaş qruplarına bir çox məşqçilərin adları hallanırdı. Belə bir təklif alacağınızı gözləyirdinizmi?
- Bu, Qurban Qurbanovun təklifi idi. Gözləyib-gözləmədiyimi deyə bilmərəm. Milli komandada çalışmaq son dərəcə məsuliyyətli, bir o qədər də şərəfli işdir. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm. Təklifi dəyərləndirib, buna qiymət verdim ki, böyük məmnuniyyətlə işləyərəm.
- Bu gün Azərbaycanda uşaq futbolu yaxşı vəziyyətdə deyil. Bu mənada təklif gələnda tərəddüd etdinizmi?
- Təklif gələndə gərək, hara getdiyini götür-qoy edəsən. Uşaq futbolunun istənilən səviyyədə olmadığını da nəzərə alsaq, deyə bilərik ki, çox ağır və məsuliyyətli vəzifədir. Onsuz da bilirik ki,
Azərbaycanda aşağı yaş qrupları üzrə komandalar zəifdir. Bu, danılmaz və qaçılmazdır. Sadəcə, nəyisə daha yaxşı etmək üçün burdayıq. Məni bu vəzifəyə təyin ediblərsə, yəqin, inanırlar ki, nəyisə dəyişə bilərəm.
- Siz və digər gənc mütəxəssislərin aşağı yaş qrupları üzrə yığmalara təyinatı birbaşa Qurban Qurbanovun təşəbbüsüdür. Əsas millinin çalışdırıcısı sizlərin gəlişi ilə Azərbaycan futboluna yeni nəfəs gətirmək istəyir...
- Əlbəttə, bu, birbaşa Qurban Qurbanovun təşəbbüsüdür. Onun istəyilə aşağı yaş qrupları üzrə yığmalara baş məşqçilər təyin olunub. İlk təklif ondan gəlib. Bildirdi ki, bu yolda sizinlə birlikdə addımlamaq istəyirəm. Çalışıb, ortaya yaxşı bir iş çıxarmalıyıq.
- Qurban Qurbanovla söhbətiniz olubmu? Çünki problemlər həddindən artıq çoxdur. Bunları aradan qaldırmaq üçün işə ilk növbədə nədən başlayacağınızı söyləyibmi?
- Ümumi söhbət olub. Geniş danışmamışıq. Bilirsiniz ki, Qurban müəllim ölkə xaricindədir. Qayıdandan sonra görüşüb hər şeyi ətraflı müzakirə edəcəyik. Onda konkret problemlər və onların həlli haqda geniş fikir mübadiləsi olacaq.
- Artıq komanda ilə tanış olmusunuz?
- Yox, hələlik sadəcə çempionat oyunlarını izləyirəm. Düzdür, çatışmazlıqlar var. Seçim azdır. Amma ümumi baxanda belə düşünmək olur ki, nə isə etmək olar. Bunları aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
- U-17-yə baş məşqçi təyin olunduqdan sonra “Qəbələ”dən ayrılacağınızı açıqladınız. İki işi bir yerdə görmək sizə çətin gəldi?
- Bəli, artıq “Qəbələ” ilə halallaşıb, ayrılmışam. Sağ olsunlar, məni anlayışla qarşıladılar. Ümumiyyətlə, mənim bu səviyyəyə çatmağımda “Qəbələ”nin əməyi çox böyükdür. Eyni anda 2 yerdə işləmək özümüzü aldatmaq olardı. Çünki həm orda, həm burda alınmazdı. Belədə Roman Qriqorçukun da işini
çətinləşdirmiş olardım. Onun planlarını poza bilərdim. Buna görə də “Qəbələ”dən ayrılmağa qərar verdim.
- Artıq “Qəbələ”də sizin yerinizə təyinat olub?
- Hələ yox. Amma yaxın günlərdə yeni köməkçi gələcək və baş məşqçinin tapşırıqlarını yerinə yetirəcək.
- Bəs öz köməkçiləriniz nə zaman bilinəcək?
- Təxminən hamısı bilinir. Amma tam dəqiq deyil. 1-2 gün içində rəsmi şəkildə açıqlanacaq. Mən indi ad çəksəm, düzgün olmaz. Namizədlər var, hələlik seçim aparırıq. Yaxşısı budur, rəsmi açıqlamanı gözləyək.
Elnur SALAHOV
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik