“Neftçi”nin kapitanı Ruslan Abışov ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə” üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Birinci oyunda son dəqiqələrdə buraxdığımız qolla məğlub olmuşduq. “Zirə” bizim üçün münasib rəqib deyil. Hər zaman onlarla oyunlarda çətinlik çəkirik. Amma bu dəfə hər şey qaydasında getdi. İstəyimiz ilk hissədə 1 qol vurmaq idi. Amma elə oldu ki, ikisini vurduq. İkinci hissədə hesabı daha da artırmaq istəyirdik. Çünki hər zaman hər şey ola bilərdi. Əsas olan mərhələni keçmək idi. Bunu da bacardıq. Yaxşı istirahət edib, ikinci dövrəyə daha güclü hazırlaşmalıyıq.
- Hər iki komanda meydanda aqressiv görünürdü. Bunun səbəbi nə idi?
- Neçə oyun idi, “Zirə”ni məğlub edə bilmirdik. Üzərimizdə böyük təzyiq var idi. Azarkeşlərimiz də bu qələbəni çoxdan gözləyirdi. Mənə elə gəlir ki, nəticə tam yerinə düşdü. Belə bir oyunda bu cür qələbədən sonra yəqin ki, bizdən razı qaldılar. Bundan sonra hər iki cəbhədə maksimum nəticə göstərməyə çalışacağıq.
- Qələbəni elə çılğınlıqla qeyd etdiniz ki, sanki finalda qalib gəlmisiniz...
- “Zirə” üzərində qələbənin bizim üçün xüsusi əhəmiyyəti var idi. Bu komandaya qarşı tilsim var idi. Söz vermişdik ki, bu tilsimi qıracağıq. Azarkeşlərimiz də sağ olsunlar, möhtəşəm idilər. Bizə böyük dəstək göstərdilər. Hər şey yaxşı sonluqla qurtardı.
- Neçə vaxtdır azarkeşlərlə bu qədər yaxın deyildiniz. Deyəsən, yavaş-yavaş aradakı “buzlar əriyir”...
- Azarkeşlərimiz hər zaman bizim yanımızdadılar. Heç vaxt problemimiz olmayıb. Müəyyən vaxtlarda küskünlük olmuşdu. Bu da təbiidir. Artıq hər şey keçmişdə qalıb. Əsas məsələ qələbə və növbəti mərhələyə keçmək idi. Mənə elə gəlir ki, bundan sonra bizi daha da yaxşı dəstəkləyəcəklər. Biz də onların etimadını doğruldacağıq.
- “Zirə”nin legioneri Milan Duriç deyib ki, “Neftçi”nin heyətində ən yaxşı futbolçu Fariz Yusifov idi...
- Məğlub komandanın futbolçusu hər zaman bu cür fikirlər səsləndirir. Bu, normaldır. Əsas olan nəticədir. Oyun artıq bitib, 2:0 hesabı ilə qalib gəlmişik. Duriç “Qəbələ” ilə oyunda yəqin ki, “Neftçi”yə azarkeşlik edəcək.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir