İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində “İlin məşqçisi” mükafatına layiq görülən Qurban Qurbanov tədbirdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, millimizin və "Qarabağ"ın baş məşqçisi əvvəlcə təəssüratlarını bölüşüb.
- Çox sağ olun. Səsvermədə iştirak edən hər bir jurnalistə təşəkkür edirəm ki, məni bu mükafata layiq gördülər. Bu cür nominasiyalardan sonra məsuliyyətim daha da artır. Daha qüvvətli olmağa çalışıram. Qalib olan hər kəsi təbrik edirəm.
- Bu gün millinin aşağı yaş qrupları üzrə komandalarına təyinatlar rəsmiləşdi. Köməkçiləriniz nə vaxt bilinəcək?
- İndi geniş açıqlama vermək istəmirəm. Ayın 20-dən sonra mətbuat konfransı olacaq. Orada bu barədə daha ətraflı danışacağıq.
- Rəşad Sadıqov eyni zamanda 3 komandaya başçılıq edəcək. Sizcə, gənc məşqçi üçün bu qədər iş çox deyil?
- Yox, çox olmaz. Biz futbolun içindəyik. Tək bir işin arxasınca düşsək, inkişafa nail ola bilmərik. Daha çox komanda, daha çox futbolçu ilə məşğul olmalıyıq ki, şüurumuzu inkişaf etdirək. İnsanın potensialı varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışmalıdır. Ağır olacaq. Bilirik ki, Rəşadı çox məsuliyyətli bir işin altına atdıq. Amma onu yaxşı tanıyıram. Biz ona güvənirik.
- İlk rəqib kimi niyə məhz Gürcüstanı seçdiniz?
- Hazırda milli komanda səviyyəsində rəqib tapmaq çətindir. Digər tərəfdən, Gürcüstanla federasiyalar arası dost münasibətlər var. Ona görə müəyyən danışıqlardan sonra onlarla oynamaq üçün razılığa gəldik.
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer