“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt” üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, braziliyalı futbolçu əvvəlcə oyunla bağlı fikirlərini açıqlayıb.
- Hesabda geridə olsanız da, ikinci hissədə dönüş edib, qələbə qazandınız...
- Kubok görüşləri çempionat oyunlarından fərqlənir. Qələbə qazanmaqdan başqa çarəmiz yox idi. “Sumqayıt” çətin rəqibdir. Bugünkü qarşılaşma göstərdi ki, cavab oyununda işimiz asan olmayacaq.
- Bu gün “Qarabağ” sanki tam gücü ilə oynaya bilmədi. Bu, sıx qrafikdən irəli gəlir, yoxsa rəqibdən?
- “Sumqayıt” sıradan komanda deyil. Bugünkü qələbənin çətinliklə qazanılmasında rəqibin əziyyətini də qeyd edərdim. Qapanmağı bacaran komandadır. Əks-hücumlardan da yaxşı istifadə edirlər. “Qarabağ” topla oynamağı sevən komandadır. Külək oyunun sürətini bir az da artırırdı. Bu amillər oyunumuza təsir etdi.
- Oyuna ehtiyatdan başlamağın nə ilə bağlı idi?
- Bu, əslində baş məşqçiyə veriləsi sualdır. Ancaq təbii qəbul etmək lazımdır. Çünki 2 gün öncə oyun keçirmişdik. Bu cür rotasiyalar normaldır. Üstəlik də heyətimizdə yüksək səviyyəli futbolçular var. Kimliyindən asılı olmayaraq, meydana kim çıxırsa, üzərinə düşən vəzifəni yerinə yetirir.
- İl başa çatır. 2017-ni özün üçün necə dəyərləndirirsən?
- 2017-ni özüm üçün uğurlu il hesab edirəm. PAOK-da da müntəzəm oynayıb qollar vururdum. Yarım ildir “Qarabağ”dayam. Son oyunlarda qollarımla komandama kömək edirəm. Həm də Çempionlar Liqasındakı iştirak mənim üçün böyük təcrübə oldu.
- “Qarabağ”a əsas gəliş səbəbin Çempionlar Liqasında iştirak idi. Artıq bu turnir sizin üçün bitdi. Növbəti mövsümdə də “Qarabağ”ın heyətində ÇL-da oynamaq istəyərsənmi?
- Təbii ki, gəlməyimdə Çempionlar Liqası amili də oldu. Belə bir turnirdə güclü komandalara qarşı oynamaq tamam fərqli hisslərdir. Amma hər şeyi təkcə bununla əlaqələndirməzdim. Mən PAOK-a məxsusam. Yaya qədər “Qarabağ”da oynayacam. Onsan sonra nə olacağını deyə bilmərəm. Oynamağa gəlincə, yoldaşlıq matçı belə olsa, meydana çıxıb həzz almağa çalışıram.
- Mətbuatda tez-tez qış fasiləsində PAOK-a qayıdacağınla bağlı xəbərlər çıxır. Bunlar də dərəcədə həqiqətə uyğundur? Ümumiyyətlə, “Qarabağ”da olmaqdan məmnunsan?
- Bunlar hamısı mətbuatın işidir. Heç nə deyə bilmərəm. Çünki mənə rəsmi olaraq heç bir söz deyilməyib. Mənim işim futbol oynamaqdır. Digər məsələlərə qarışmıram.
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord