“Oyundan razı qaldım. Ümumiyyətlə son vaxtlar komandamın oyunundan zövq alıram. Bu da çox yaxşı, müsbət məqamdır. Təəssüf ki, bu gün daha çox qol vura bilmədik. Çünki belə oyunda hesab başqa cür olmalı idi. Lakin göstərdiyimiz oyundan razıyam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Rəqibin cavab matçında necə oynayacağını indidən deyə bilməyəcəyini vurğulayıb: “Səbail” yaxşı komandadır və biz cavab matçına ciddi yanaşacağıq. Müxtəlif variantlara hazırlaşacağıq. Futbolda hər şey olur. İndi matçı təhlili vacibdir ki, cavab görüşünədək oyunumuzda müəyyən düzəlişlər edək".
Ukraynalı mütəxəsus Cavid Hüseynovu ən yaxşı azərbaycanlı futbolçulardan biri saydığımı deyib: "Ona inanıram və əminəm ki, daha yaxşı oynayacaq. Bunun üçün ona vaxt lazımdır. Mən Cavidin həm “Qəbələ”, həm Azərbaycan millisinə hələ çox fayda verəcəyinə əminəm. Tellur Mütəllimov üzərində çox çalışır. Biz də ona kömək etmək istəyirik. Amma həmişəki prinsipimizlə meydana ən hazırlıqlı futbolçular çıxır. Bu gün isə komandanın oyununu o qədər bəyəndim ki, dəyişikliyə ehtiyac duymadım. Belə heyətin daha çox meydanda olmasını istədim. Əlbəttə ki, Tellura inanırıq. O, potensiallı futbolçudur. Onun üzləşdiklərindən düzgün nəticə çıxardığını görürəm. Komandadan kimlərin gedəcəyi barədə heç bir dəqiq məlumatım olmadığı üçün sizə də deyə bilmərəm”.
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord