“Əlbəttə, nəticələr xoşdur. Bizim üçün çox ağır idi. Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki hər üç rəqibimiz Çempionlar Liqasının finalında oynamaq istəyir. Yaxşı oyun göstərmək üçün çox çalışdıq. İlk matçlarda nəticə barədə düşünmədik. Bütün futbolçular, xüsusilə, “Çelsi”yə qarşı Londondakı ilk matçda həyacan yaşadılar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın championat.com saytına açıqlamasında deyib.
O, oyunçularının ÇL-də meydanda sərgilədikləri futboldan razı olduğunu bildirib: "Hər matçda oyunçular və mən təcrübə topladıq”.
Q.Qurbanov söyləyib ki, növbəti mövsüm də ÇL-in qrupuna düşmək üçün əvvəlcə Topaz Premyer Liqasının qalibi olmalıdırlar: "Çempionatımız güclüdür. Bildiyimə görə, Çempionlar Liqasının formatı dəyişəcək. Qrupa düşmək çətin olacaq. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün daha çox çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” ÇL-də C qrupunda 2 xalla sonuncu pillədədir. Ağdam klubu turnirdə son oyununda dekabrın 5-i "Roma"nın qonağı olacaq.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video