“Baş verənlərdən xəbərim var. Amma bu barədə dəqiq söz deyə bilmərəm”.
Bu sözləri Qol.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Adrian Skarlatake deyib. Danışılmış oyunda şübhəli bilinərək həbs olunan sabiq komanda yoldaşları – Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı səslənən ittihamlara münasibət bildirən rumıniyalı futbolçu oyun satmaqla bağlı ona təklif olmadığını söyləyib:
“Oyun satmağı kimsə mənə təklif etməyib. Bəlkə də digər futbolçulara bunu təklif ediblər. Amma mənə heç nə deyilməyib. Ola bilsin, məndən çəkindikləri üçün belə ediblər. Çünki mənim xarakterimi bilirlər. Həyatımda heç vaxt belə şeyə getmərəm”.
Skarlatake son vaxtlar bəzi futbolçuların yalandan zədəli olduğunu bəhanə edərək, oyuna çıxmamaları haqda dolaşan söz-söhbətlərə də aydınlıq gətirib: “Bəli, həqiqətən belə bir şey olub. Nə deyəcəyimi bilmirəm. Bəlkə də buna görə indi çempionatda bu vəziyyətdəyik. Bu cür problemlərimiz var imiş”.
Qeyd edək ki, Topaz Premyer Liqanın son 4-5 oyununda şübhəli bilinən Nizami Hacıyev və Mirhüseyn Seyidov saxlanılıblar.
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video