“Kristian Panuççi məni milliyə çağırdı və inamını nümayiş etdirdi. Ona görə mən bu gün millinin əsas üzvlərindən biriyəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Albaniyanın “Supersport” telekanalında yayımlanan “Zona Qol” verilişinə danışan 35 yaşlı futbolçu yığmasının Türkiyə ilə qarşıdakı yoldaşlıq oyununa çağırılmamasının səbəbini də açıqlayıb: “Baş məşqçinin Albaniya ilə bağlı uzunmüddətli layihəsi var. O, millidə oynatmaq üçün çox futbolçu olduğunu sübut etməyə çalışır. Yoldaşlıq oyunu olduğundan bu toplanışda iştirak etmirəm”.
Aqolli milli karyerasını bitirmək barədə hələ düşünmədiyini bildirib: “Millidən ayrılmaq? Hələ heç nə deyə bilmərəm. Çünki futbolda proqnoz vermək çox çətindir. Hətta bundan sonra nə qədər oynayacağımı da bilmirəm. Düşünürəm ki, milli komanda ilə uğur qazanmışam. Yığmanın kapitanıyam və Avropa çempionatında oynamışam. Bu mənada hələlik millidən ayrılmağım mümkün deyil”.
Aqolli “Qarabağ”dakı uğurlarından da danışıb: “Çempionlar Liqasında 4 oyun keçirmişik. Komandanın öz məqsədlərinə nail olmasını təmin etmək üçün hər cür səy göstərmək yaxşıdır. Özümü Çempionlar Liqasında görmək məni xoşbəxt edir”.
Adı ölkəsinin “Skenderbeu” klubu ilə hallanan müdafiəçi hələlik “Qarabağ”da qalmaq istədiyini vurğulayıb. Ancaq o, futbolçu kimi nə vaxtsa sabiq klubu "Tirana"ya qayıdacağını da istisna etməyib:
“Mənim “Qarabağ”la müqaviləm var. Özümü bu komandada yaxşı hiss edirəm. Nə qədər ki, imkan var, bu komandada qalmaq istəyirəm. Xoşbəxtlikdən karyeram ərzində nəyi istəmişəmsə, nail olmuşam. Buna baxmayaraq, futbolda son bir arzum qalıb. Karyeramı bitirməzdən əvvəl “Tirana”da oynayıb daha bir çempionluq qazanmaq istəyirəm. Tiranada gözəl günlər keçirmişəm. Bu komandaya mənim xüsusi hislərim var”.
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər