"Qəbələ"dən ardıcıl 4-cü qələbə - əvəzedicilər

"Qəbələ"dən ardıcıl 4-cü qələbə -  əvəzedicilər
XƏBƏR 11 Sentyabr 2017 / 01:30 3199
-  A +

Əvəzedicilərin çempionatında IV turun növbəti qarşılaşmaları keçirilib.

Qol.az-ın məlumatına görə, çempionatın liderləri Qəbələdə üz-üzə gəlib.

İlk üç turda qələbə qazanan “Zirə” və “Qəbələ” ikincilərin meydanında görüşüb. Qarşılaşmanın taleyini bir qol həll edib. Ülvi İsgəndərovun 10-cu dəqiqədə vurduğu top “qırmızı-qaralar”a 3 xal qazandırıb. Bununla da Elmar Baxşıyevin komandası mövsümün startında ardıcıl 4-cü qələbəsini əldə edib.

Beləliklə, xal hesabını 12-yə çatdıran “Qəbələ” əvəzedicilərin yarışında vahid lider olub.

Son xəbərlər