Kamran ehtiyata göndərildi

Kamran ehtiyata göndərildi
XƏBƏR 10 Sentyabr 2017 / 17:01 7251
-  A +

Milli komandamızın qapıçısı Kamran Ağayevin klubu olan “Mlada Boleslav” bu gün Çexiya çempionatnda 6-cı turun oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, onun komandası “Zbrojovka Brno”nu qəbul edir. Bakı vaxtı ilə saat 17.00-da başlanan matçda K.Ağayev ehtiyat oyunçular sırasında yer alıb.

Qeyd edək ki, 5-ci turda “Slaviya” (Praqa) ilə səfər matçında (0:4) K.Ağayev rəsmi debüt etmişdi. Bu oyunda əsas heyətdə meydana çıxan millimizin futbolçusu uğursuz oyunu ilə diqqət çəkmiş, hətta üçüncü qol onun adına yazılmışdı.

Əlavə edək ki, 5 oyundan cəmi 1 xalı olan  “Mlada Boleslav” 16 komanda arasında 15-ci yeri tutur.


Qarabağ FK
Son xəbərlər
12.10.26  14:40

300-cü qələbə

12.10.26  12:56

200-ə çatdı

12.10.26  09:00

2-ci liqada 2 oyun

topaz banner