"Sevilya"dan növbəti transfer

"Sevilya"dan növbəti transfer
XƏBƏR 13 İyul 2017 / 17:55 3260
-  A +

“Sevilya” Fransanın “Lill” komandasının futbolçusu Sebastian Korçianı transfer edib.

Qol.az-ın İspaniya klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 26 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Sevilya”nın bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, S. Korçia ötən mövsüm “Lill”in heyətində 42 oyuna çıxıb.


Son xəbərlər
topaz banner