"Zirə" Rumıniyada məşqə çıxdı - Şəkillər

"Zirə" Rumıniyada məşqə çıxdı -  Şəkillər
XƏBƏR 11 İyul 2017 / 00:35 3289
-  A +

“Differdanj”la oyundan sonra Belçikaya yollanan “Zirə” dünən gecə Rumıniyaya gedib.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə,  Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq Ayxan Abbasovun komandası Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.

Bu gün orada  məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.


 

 
 
 
 
 
 
 
 

Səhifənin yuxarısına keçidYuxarı

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner