Haciyevski: «Mənim adımı bu məsələlərdə hallandırmayın!»

Haciyevski: «Mənim adımı bu məsələlərdə hallandırmayın!»
ÖLKƏ FUTBOLU 23 Mart 2010 / 13:17 2425
-  A +

«Bülənt Qorxmazın istefası birbaşa «Bakı» komandasına aid məsələdir. Mən bu haqda heç nə demək istəmirəm». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində hazırda Kiprin "Atromitos" klubunda çalışan «Bakı» komandasının makedoniyalı sabiq baş məşqçisi Coko Haciyevski deyib. «Xahiş edirəm, bu haqda məndən nəsə soruşmayın, mənim adımı bu məsələlərdə hallandırmayın! Başqa nə suallarınız varsa, məmnuniyyətlə cavablamağa hazıram».
«Sizin «Bakı»ya dönmək variantınız nə dərəcədə realdır» sualına isə Haciyevskinin cavabı belə olub: «Bakı» komandansından mənə heç bir təklif daxil olmayıb. Ümumiyyətlə, mənim son hadisələr haqda nəsə deməyim doğru olmazdı».

Daha çox


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun