"İranlı rəqibimlə görüşdə son saniyələrdə səhvim nəticəsində məğlub oldum. Bu oyunlara ən yüksək səviyyədə hazırlaşsam da, bəxt də öz sözünü deyir".
Qol.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kiloqram) sözləyib.
O bildirib ki, Gerayi Məhəmmədəli (İran) ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda səhvi ucbatından 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub: “Buna baxmayaraq, bürünc medal qazandım. Düzdür istərdim ki, qızıl medal əldə edim. Amma mənim üçün hər bir medal dəyərlidir. Qarşıdan isə dünya çempionatı gəlir. İndi çalışıb səhvlərim üzərində işləyəcəm ki, onları təkrarlamayım”.
Qeyd edək ki, 71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev İlker Sönmez (Türkiyə) ilə üz-üzə gəlib. Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlayıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı