Tameran Abdullayev finalda

Tameran Abdullayev finalda
XƏBƏR 17 May 2017 / 20:52 1414
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, 69 kq çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev 1/2 final səddini də uğurla keçib.

O, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb.

25 yaşlı idmançımız sabah keçiriləcək həlledici qarşılaşmada  Bobo-Usman Baturovu (Özbkistan) sınağa çəkəcək.

Qeyd edək ki, Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner