Özildən örnək addım - Şəkil

Özildən örnək addım - Şəkil
XƏBƏR 17 May 2017 / 17:57 3982
-  A +

"Arsenal"ın türk əsilli futbolçusu Məsut Özil xərçəng xəstəsi olan balaca uşağı sevindirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, beynində şiş olan və yaxın zamanlarda əməliyyata hazırlaşan 11 yaşlı Çarli və onun ailəsini “Sanderlend”lə oyunu izləmək üçün dəvət edən Özil onları VİP lojada qonaq edib.

Matçdan sonra oyunun ən yaxşısı seçilən 28 yaşlı yarımmüdafiəçi  mükafatını Çarliyə verib və onu paltardəyişmə otağına apararaq komanda yoldaşları ilə tanış edib.







Son xəbərlər
topaz banner