Samir Abasov "Dinamo"nun düşərgəsində

Samir Abasov "Dinamo"nun düşərgəsində
XƏBƏR 17 May 2017 / 15:25 4811
-  A +

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərovla  Sabir Əliyev Zaqreb “Dinamo”sunun düşərgəsinə yollanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

Son xəbərlər
topaz banner