Kamran və Teymur finalda

Kamran və Teymur finalda
XƏBƏR 17 May 2017 / 14:30 2466
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

Qol.az-ın xəbərinə görə, bu gün iki idmançımız rinqə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Kamran Şhasurvarlı yarımfinal döyüşünə çıxıb.

Boksçumuz finala gedən yolda mərakeşli Yuness Qarrumidən üstün olub. O, sabah keçiriləcək final döyüşündə qazaxıstanlı Tursunbay Kulahmetlə qarşılaşacaq.


91 kq çəkidə mübarizə aparan Teymur Məmmədov isə yarımfinalda suriyalı Eldin Qoussunla qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Olimpiya mükafatçımız finala yüksəlib. O, finalda türkiyəli Burak Akşinlə üz-üzə gələcək.

Son xəbərlər
topaz banner