Türk futbolçu Almaniya millisini seçdi

Türk futbolçu Almaniya millisini seçdi
XƏBƏR 17 May 2017 / 15:04 6974
-  A +

Daha bir türk futbolçu Almaniya millisində oynamağa qərar verib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, “Hoffenhaym”ın yarımmüdafiəçisi Kərəm Dəmirbaydır.


Fatih Terim 23 yaşlı futbolçunu komandasında görmək istəsə də, o, Bundestimi seçib.

Qeyd edək ki, ötən mövsüm 27 oyun keçirən yarımmüdafiəçi 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Məsut Özil, Əmrə Can və İlkay Gündoğan kimi türk əsilli futbolçular da Almaniya millisində çıxış edirlər.

Son xəbərlər
topaz banner