5 taekvondoçumuz yarımfinalda - "Bakı-2017"

5 taekvondoçumuz yarımfinalda -  "Bakı-2017"
XƏBƏR 17 May 2017 / 12:01 1780
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir.

Qol.az-ın xəbərinə görə, bu gün daha 5 çəkidə təmsilçilərimiz medallar uğrunda mübarizə aparırlar.

Kişilər

68 kq

Ayxan Tağızadə mübarizəyə 1/4 final mərhələsindən start verib. Avropa Oyunlarının qalibi bu mərhələdə əfqansıtanlı Ruhulla Nikpaya qalib gələrək (28:14) yarımfinala vəsiqə əldə edib. Taekvondoçumuz yarımfinalda Səud Almuvalladla (Səudiyyə Ərəbistan) üz-üzə gələcək.
 
80 kq

Bu çəkidə ölkəmizi Milad Beiqi Harçeqani təmsil edib. O,  yarışa 1/4 finaldan başlayıb. Avropa Oyunlarının qızıl, Olimpiadanın bürünc mükafatçısı bu mərhələdə Məcid Almabruka (Səudiyyə Ərəbistanı) qalib gələrək (21:2) adını yarımfinala yazdırıb.

Harçeqani finala yüksəlmək üçün iranlı Əlirza Dərvişpurla qarşılaşacaq.
 
+87 kq

Bu çəkidə Olimpiya çempionumuz Radik İsayev mübarizə aparaıb. O, 1/4 finalda pakistanlı Adil Şaha 34:8 hesabı ilə qalib gəlib.
 
Qadınlar

49 kq

Yay Olimpiya Oyunlarının dbürünc mükafatçısı Patimat Abakarova 1/4 finalda Layan Cabirlə (Fələstin) qarşılaşıb. Rəqibinə 19:7 hesabı ilə qalib gələn idmançımıza yarımfinala çıxıb. Abakarova final uğrunda mübarizədə Südabə Pursadiqi Şalmei (İran) ilə qüvvəsini sınayacaq.

67 kq

Bu çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova yarışa 1/4 finalda başlayıb. İranlı Parisa Cavadikuçaksareyla üz-üzə gələn Avropa Oyunlarının gümüş mükafatçısı 10:4 hesabı ilə qalib gəlib. Əzizova növbəti qarşılaşmasında özbəkistanlı Nigora Tursunkulova ilə qüvvəsini sınayacaq.
 
Qeyd edək ki, artıq taekvondoçularımız bir qızıl və bir gümüş medal qazanıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner