“Arsenal” və “Mançester Siti”dən vacib qələbə

“Arsenal” və “Mançester Siti”dən vacib qələbə
XƏBƏR 17 May 2017 / 00:53 3490
-  A +

İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış 2 oyun keçirilib.

Qol.az-ın məlumatına görə, “Arsenal” öz meydanında “Sanderlend”i qəbul edib. İlk yarıda rəqibin qapısına yol tapa bilməyən Arsen Vengerin komandası ikinci hissədə Aleksis Sançesin dublu sayəsində qələbə qazanıb.

“Arsenal” kimi Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Mançester Siti” isə doğma divarlar arasında “Vest Bromviç”i qəbul edib. Qvardiolanı komandası 3 xalı 3 qolla qazanıb.


İngiltərə Premyer Liqası

34-cü tur

16 may

“Arsenal” - “Sanderlend” 2:0
Qollar: Sançes, 72; 81

“Mançester Siti” - “Vest Bromviç” 3:1
Qollar:
Qabriel Jezus, 27, (1:0), de Bruyne, 29 (2:0), Ture, 57 (3:0), Robson-Kanu, 87 (4:1)

Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 75-ə çatdıran “Mançester Siti” üçüncü pillədə qərarlaşıb. 72 xalı olan “Arsenal” isə beşinci pillədə qərarlaşıb.
 

Son xəbərlər
topaz banner