Totti karyerasını ABŞ-da davam etdirəcək?

Totti karyerasını ABŞ-da davam etdirəcək?
XƏBƏR 17 May 2017 / 00:00 2622
-  A +

Françesko Totti cari mövsümün sonunda futbolçu karyerasını başa vurmaya bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli forvardın karyerasını ABŞ-da davam etdirməsi mümkündür. Belə ki, “Mayami” 40 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Keçid baş tutarsa, Totti vaxtı ilə İtaliya millisində birgə dünya çempionu olduğu Alessandro Nesta ilə komanda yoldaşı olacaq.

Maraqlıdır ki, “Mayami”nin sahibi “Skuadra Adzurra”nın daha bir sabiq üzvü, “Milan”ın əfsanəsi Paolo Maldini və italiyalı biznesmen Rikkardo Silvadır.

Qeyd edək ki, Tottinin “Roma” ilə müqaviləsi iyulun 1-də başa çatır.

Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner