Taekvondoda da qızılımız var

Taekvondoda da qızılımız var
XƏBƏR 16 May 2017 / 21:20 2789
-  A +

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib.

Qol.az-ın xəbərinə görə, təmsilçimiz Yaprak Eriş qızıl medalın sahibi olub.

57 kq çəkidə ölkəmizi təmsil edən qadın idmançımız yarışa 1/4 finaldan başlayıb. Finala qədər uğurla çıxış edən Y.Eriş həlledici döyüşündə türkiyəli Dürdanə Altunelə qalib gələrək (5:4) çempion adını qazanıb.

Kişilərin mübarizəsində isə idmançımız Qasım Maqomedov gümüş medal qazanıb. O, finalda iranlı Mehdi Eşaqiyə uduzub.

Son xəbərlər