7 boksçumuz yarımfinalda

7 boksçumuz yarımfinalda
XƏBƏR 16 May 2017 / 20:09 3568
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 7-ə çatıb.

Qol.az-ın xəbərinə görə, bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb.

75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. İdmançımız görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Rauf Rəhimov (81) 1/4 final səddini uğurla aşıb.

Son xəbərlər