Üzgüçümüz 3-cü qızıl medalı qazandı - "Bakı-2017"

Üzgüçümüz 3-cü qızıl medalı qazandı -  "Bakı-2017"
XƏBƏR 16 May 2017 / 18:29 2619
-  A +

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü Maksim Şemberov 3-cü qızıl medalını qazanıb.

Qol.az-ın məlumatına görə, təmsilçimiz 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 1:57.72 olub.

Türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan müvafiq olaraq gümüş və bürünc medallara sahib olublar.

Qeyd edək ki, bundan öncə təmsilçimiz M.Şemberyov İslamiadada 1500 m məsafəyə sərbəst üsulla və 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medal əldə etmişdi.

Daha çox


Son xəbərlər