“Kəpəz”də növbəti ayrılıq

“Kəpəz”də növbəti ayrılıq
XƏBƏR 16 May 2017 / 18:17 2904
-  A +

“Kəpəz” klubu futbolçusu Orxan Əliyevlə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına müsahibəsində deyib.

O, gənc hücumçunun gedişini belə izah edib: “Orxan bizə “ola bilsin, xaricdən təklifim oldu” deyə bildirdi. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlıdı və bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Belə ki, mən Orxana fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də, halallıq verib ayrıldıq”.

Qeyd edək ki, "Kəpəz" Tural Axundov, Vüqar Bəybalayev, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla da yolları ayırıb.

Son xəbərlər