Planetin nüfuzlu idman kanalı "Eurosport"da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturuna həsr olunmuş süjet yayımlanıb.
Qol.az-ın məlumatına görə, videomaterialda ölkəmizə gəlmiş xarici qonaqların, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın fikirləri yer alıb.
"Tour d’Azerbaidjan"ın rəsmi aparıcısı, Böyük Britaniyadan olan Marti Makqrossanın sözlərinə görə, bu olduqca möhtəşəm bir yarışdır. Veloturun bir-birindən maraqlı mərhələləri və qalibləri var: "Azərbaycan Turu idmançıların inkişaf nöqteyi-nəzərindən olduqca vacibdi. Baxın, görün nə qədər gənc velosipedçi bu yarışda iştirak edir. Əlbəttə ki, Azərbaycanda velosiped idmanının inkişafında bu yarış mühüm rol oynayır".
ABŞ-ın "İlluminate" komandasının meneceri Kris Conson deyir ki, Azərbaycana gəlib güclü komandalara qarşı mübarizə aparmaq onlar üçün böyük motivasiyadır. Ən önəmlisi isə bu yarış idmanın insanları bir araya gətirmək istiqamətində necə böyük əhəmiyyət daşıdığının göstəricisidi: "Məşğul olduğumuz idman növü müxtəlif mədəniyyətləri bir araya gətirir. Dünyanın müxtəlif ölkələrindən idmançılar məhz Azərbaycana toplaşır və bu gözəl haldır".
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, ölkəmizin kontinental velosiped komandası "Synergy Baku Cycling Project"in qarşısına qoyulan əsas məqsədlərdən biri odur ki, heyətin əsasını azərbaycanlı idmançılar təşkil etsin. Məhz bu amil yerli velosipedçilərin ustalıq səviyyəsinin artmasında önəmli rol oynayır.
"Tour d’Azerbaidjan-2017"nin qalibi və ən yaxşı dağ velosipedçisi, Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov isə bunları deyib: "Bu fanstastik bir hissdir, onu sözlə ifadə etmək mümkün deyil. Doğma ölkəmizdə, gözəl paytaxtımızda qalib gəldik. Ümid edirəm ki, ölkəmizdə velosiped idman növü bundan sonra daha da inkişaf edəcək. Çünki bizim güclü idmançılarımız var və komandamız yüksəlişdədi".
"Tour d’Azerbaidjan"ın sonuncu mərhələsini canlı izləyən Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva "Eurosport"a verdiyi müsahibəsində deyib ki, əldə olunan nəticə olduqca yüksəkdi və hamı bununla fəxr edir: "Dünyanın bir çox ölkəsindən insanları bir araya gətirmişik. Bu hamı üçün gözəl bir imkandı və bayram ab-havası hər yerdə hiss olunur".
Arzu Əliyevanın sözlərinə görə, idman olduqca vacib bir sahədi və bu cür tədbirlər gənc nəslin marağına səbəb olur: "Bu cür yarışı qəbul etməkdən qürur hissi duyuruq və bunu davam etdirəcəyik" - deyə Arzu Əliyeva fikirlərini tamamlayıb.
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi
Bombardirlik yarışında “qırğındır” - DÇ-2026
Tuhel: “Su fasilələri oyunu düşündüyümdən daha çox dəyişir”
Fransa - İraq matçı yarımçıq dayandırıldı - Yenilənib
Əvvəl penaltini qaçırdı, sonra dubl etdi - Video
Rangnik Argentina ilə oyundan danışdı
Oyunun ən yaxşısı Messi oldu