IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında +91 kq çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.
Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov 1/4 final mərhələsindəki çıxışını qələbə ilə bitirib.
İkiqat dünya çempionumuz ikinci qarşılaşmasında Uosri Hafizi (Misir) mübarizədən kənarlaşdırıb. O, rəqibinin ikinci raundda mübarizədən imtina etməsi səbəbindən qalib elan olunub.
Məcidov yarımfinalda Hüsseyn İaşaişlə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçiriləcək.
Qeyd edək ki, Məcidov 1/2 finala yüksələn 5-ci boksçumuz olub. Ondan öncə Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Teymur Məmmədov (91 kq) da özü üçün ən azı bürünc medalı təmin ediblər.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı