28-ci qızılı da qazandıq - İslamiada

28-ci qızılı da qazandıq -  İslamiada
XƏBƏR 15 May 2017 / 16:10 2107
-  A +

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışlarında növbəti qızıl medalı qazanıb.

Qol.az-ın məlumatına görə, qarışıq komanda halında səngər stendində azərbaycanlı snayperlər hamıdan dəqiq olub.

Əli Hüseynli və Aydan Camalova rəqiblərini qabaqlayaraq, 43 xalla qızıl medala sahib olublar. Türkiyə gümüş, Qətər isə bürünc medal qazanıb.

Qeyd edək ki, atıcılarımız Azərbaycanın aktivinə 28-ci qızıl medalı yazdırıb.


Son xəbərlər
topaz banner