"Real"dan yeni rekord

"Real"dan yeni rekord
XƏBƏR 15 May 2017 / 13:56 5372
-  A +

Madridin “Real” klubu yeni rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, İspaniya La Liqasının 37-ci turunda “Sevilya”nı qəbul edən “kral klubu” 4:1 hesablı qələbə qazanıb.

Bununla da komanda ardıcıl 62-ci oyununda qol vuraraq, böyük beşlik ölkələri klubları arasında rekorda imza atıb.

Zinəddin Zidanın komandası bu göstəricidə “Bavariya”nı (61 oyun) qabaqlayıb.

Qeyd edək ki, hazırda 87 xalla ikinci pillədə qərarlaşan “Real” eyni xala malik “Barselona” ilə çempionluq mübarizəsi aparır.

Son xəbərlər
topaz banner