"Zədələrim var idi. Ona görə hazırlığı bir qədər zəif keçmişdik".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 kq-dan çəki dərəcəsində bürünc medal qazanan paracüdoçu İlham Zəkiyev deyib.
37 yaşlı idmançı naməlum səbəbdən püşkatmanın nəticələrinin dəyişdirildiyini iddia edib: "İlk görüşüm özbəkistanlı idmançı ilə olmalı idi, amma nədənsə püşkatma dəyişildi. İranlı idmançını tanımırdım, amma o, məni çox yaxşı tanıyır. Onu məğlub etdim. Yarımfinalda isə özbəkistanlı idmançı Şirin Şaripovla qarşılaşdım. O, Rioda 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlıya qalib gəlib bürünc medal qazanmışdı. Sonradan çəkisini bir qədər artıraraq bizim kateqoriyaya gəlib. Hakimlərin ona köməyi oldu. Məni itələyib tatamidə çıxarırdı və xəbərdarlıq ona verilməli olduğu halda, mənə verilirdi. Bir neçə xoşagəlməş hal oldu".
Bürünc medalçı görüşarası fasilələrin azlığından da şikayətlənib: "Görüşarası fasilə çox az oldu. İranlı ilə güləşdim və bir görüş sonra məni yenidən çağırdılar. Cüdoda belə şeylər olmur. Ən azından 10 dəqiqə fasilə verilməlidir. Bu reqlamentdə də var. Bürünc medal uğrunda heç vaxt qarşılaşmadığım, amma yaxşı tanıdığım türkiyəli idmançı Dursun Hayranla güləşdim. Onun texnikasına bələd idim. Göründüyü kimi, onu məğlub edib bürünc medal qazandım. Yarışda hər hansı medal qələbə deməkdir. Mən bu qələbəmlə fəxr edirəm və onu xalqıma həsr edirəm".
Zəkiyev həm özünün, həm də Kənan Abdullaxanlının Şirin Şaripova məğlub olmasının səbəblərini açıqlayıb: "Şaripovun üstünlüyü ondan ibarətdir ki, mən heç görmürəm, amma o, sizdən də yaxşı görür. Komissiyadan necə keçib bilmirəm. İnşallah, qızıl medalı ondan axirətdə alacağam".
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə