Daha 3 boksçumuz rinqə çıxır - İslamiada

Daha 3 boksçumuz rinqə çıxır -  İslamiada
XƏBƏR 15 May 2017 / 00:40 1729
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün boks yığmamızın daha 3 üzvü ilk görüşünü keçirəcək.
Hər üç idmançımız mübarizəyə 1/4 finaldan başlayacaq.

49 kq çəki dərəcəsində yarışan Rüfət Hüseynov iranlı Omid Əhmədisafa ilə qarşılaşacaq.

56 kq çəkidə mübarizə aparan Tayfur Əliyevin ilk rəqibi mərakeşli Taoufik Kaçfi olacaq.

64 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elvin İsayev isə Özbəkistan təmsilçisi Aliyor Noraliyevlə qarşılaşacaq.

Qeyd edək ki, boksçularımız yarımfinala yüksəlsə, ən az bürünc medalı təmin edəcəklər.

Son xəbərlər