Mayın 14-də Azərbaycan karateçiləri “Bakı-2017”də beşinci qızıl medalı aktivlərinə yazıblar. Bu, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin 21-ci qızıl medalı olub.
Karatenin kumite yarışlarında -84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.
Təmsilçimiz səkkizdəbir finalda iordaniyalı Sayan Mahmudu 7:1 hesabı ilə məğlub edib. Azərbaycan idmançısı dörddəbir finalda əlcəzairli Mauad Açhaçeyə 5:3 hesabı ilə qalib gəlib. O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyev üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
A.Mamayev 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında qızıl medal qazanıb. O, 2013-cu ildə İslam Həmrəyliyi Oyunlarında qalib gəlib. İdmançımız Avropa Çempionatının ikiqat gümüş medalçısı və Dünya Çempionatının bürünc medalçısı olub.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı