Azərbaycanın 4 cüdoçusu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bugünkü yarışında finala yüksəlib.
Qol.az-ın xəbərinə görə, mübarizəyə 1/4 final mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) əvvəl Toqo idmançısı Noeline Essohanam Koronu, sonra əlcəzairli Sonya Aselanı ipponla məğlub edərək finala çıxıb.
O, həlledici görüşdə türkiyəli Kayra Sayıtla qarşılaşacaq.
***
Kişilər arasında 90 kq-da mübarizə aparan Məmmədəli Mehdiyev 1/4 finalda Mixail Marçitan (BƏƏ) və yarımfinalda türkiyəli Batuhan Efemgilə qalib gəlməklə finala adlayıb. Həlledici görüşdə cüdoçumuzun rəqibi Əlcəzair təmsilçisi Abderrahman Benamadi olacaq.
***
Kişilərin yarışında 100 kiloqram çəkidə çıxış edən sonuncu Avropa çempionu Elxan Məmmədov da finala adlayıb. 1/4 finalda Səudiyyə Ərəbistan idmançısı Sultan Manianı udan cüdoçumuz yarımfinalda Özbəkistan təmsilçisi Viktor Demyanenko üzərində təmiz qələbə əldə edib və finala adlayıb. Onun
finaldakı rəqibi digər təmsilçimiz - Əli Ərdoğan (Türkiyə) və əlcəzairli Lyes Bouyakubla görüşdə qalib ayrılan Elmar Qasımov olub.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı