Pepenin yeni klubu

Pepenin yeni klubu
XƏBƏR 14 May 2017 / 09:54 6735
-  A +

“Real”ın futbolçusu Pepe karyerasını “İnter”də davam etdirəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, mövsümün sonu Madridi tərk edəcək portuqaliyalı futbolçu azad agent kimi Milan təmsilçisi ilə 2+1 illik müqavilə bağlayacaq. Onun illik gəlirinin 5 milyon avro olacağı bildirilib.

Qeyd edək ki, 34 yaşlı müdafiəçinin Çindən aldığı sərfəli təkliflərdən imtina etdiyi iddia olunur.


Son xəbərlər
topaz banner