Bu gün iş adamı, Azərbaycanın məşhur idman jurnalistlərindən biri olmuş Altay Əliyevin doğum günüdür. Onun 39 yaşı tamam olur.
Qol.Az saytı bu münasibətlə A.Əliyevi təbrik edir, ona işlərində daha böyük uğurlar arzulayır və bu əlamətdar günündə Qol.az-ın baş redaktoru Aydın Bağırovun 2014-cü ilin bu günündə 36 yaşı tamam olan A.Əliyev barədə yazdığı “Bizim Altay” yazısını yenidən yayımlayır.
BİZİM ALTAY
Şablon kimi səslənə bilər: elə insanlar var ki, onlar haqda yazılar təkcə yubileylərində yazılmır, onlar təkcə əlamətdar günlərdə xatırlanmır.
Onu tanıyan da, tanımayan da axtarır: kimisi həyatda, kimisi də “sehrli qutu”da – televizorda.
Bu gün Altayın ad günüdür, 36 yaşını tamamlayıb, keçir 37-yə. Amma onu həmişə axtaranların, bir teleşərhçi kimi ondan ötrü darıxanların böyük əksəriyyəti heç zaman bilməyiblər ki, ad günü nə vaxtdı, harda, nə vaxt doğulub, harada böyüyüb.
Şəxsən tanıyanlar üçün Altay adi bir insan kimi doğulub, yaxşı insan, ən başlıcası, sədaqətli dost kimi yaşayır. Qiyabi tanıyanlar üçün isə Altay çox istedadlı jurnalist olub: özü də hələ televiziya ekranlarından məşhurlaşmağa başlamazdan xeyli əvvəl - Azərbaycanın ən adlı-sanlı qəzetlərindən birində, söz sahiblərinin yığışdığı “525”də. Cəmi 19 yaşında o dövrün çox nüfuzlu mükafatı olan “Media açarı”na layiq görülüb. Söhbət artıq uzaq 1997-ci ildən gedir. Onda indiki kimi hər yerindən duran mükafat almırdı, hər yazı yazan, hər söz deyən jurnalist hesab olunmurdu.
Altay “525”dən AzTV-yə istedadlı, gənc bir jurnalist kimi getmişdi və oradan idman teleşərhçisi kimi öz möhürünü vurub ayrıldı. Bilən bilir, dörd il əvvəl idi bu.
Dörd il sonra – bu günlərdə “Qarabağ”ın çempionluğu münasibətilə keçirilən bayram tədbirində göstərilən, yaxın keçmişimizdəki oyunlardan hazırlanan videoçarxda onun vurulan qoldan sonrakı sevinc dolu səsini eşidəndə bir həmkarımın qeyri-ixtiyari dediyi bu sözlər hələ də qulaqlarımdadı: “Səsə bax, sən Allah...”
Bəli, Altay öz şaqraq səsi, emosional aparıcılığıyla ən sönük oyunlarda belə tamaşaçını ekran qarşısından ayırmağa qoymurdu. Yox, o, bizim Utkinimiz, Ercan Tanerimiz olmayıb, o, sadəcə, Azərbaycanın Altay Əliyevi olub: onun öz yolu olub, gənc yaşında öz üslubunu yaratmağı bacarıb. Elə “Qarabağ”ın həmin bayram tədbirində deyildiyi kimi, indi özünü Altaya bənzətmək istəyən teleşərhçilər az deyil.
Yuxarıda dedim, Altay sadiq insandı, özü də təkcə ailəsinə, dostlarına deyil, həm də onu bizim insanlara tanıdan jurnalistikamıza. Mediadan uzaqlaşıb başqa sahədə, xüsusilə futbol dünyasında çalışan çox az, barmaqla sayıla biləcək qədər insan var ki, öz keçmişini unutmayıb. O, ən azı mediaya, idman jurnalistlərinə isti münasibətdə başqalarına örnək olub, jurnalistikadan gedib, amma həm də getməyib, mənən burada - sözün, həqiqi söz adamlarının yanında qərar tutub. Elə həm də buna görə Altay harada olur-olsun, həmişə bizlərdən biri kimi qalacaq.
Doğum günün mübarək, bizim Altay!
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi