“Fənərbaxça” uduzdu, “Başakşehir” lider oldu

“Fənərbaxça” uduzdu, “Başakşehir” lider oldu
XƏBƏR 14 May 2017 / 00:00 4028
-  A +

Türkiyə Superliqasında 31-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçirilib.

Öz meydanında “Gənclərbirliyi”ni qəbul edən “Başakşehir” əzmkar qələbə qazanıb. Bu qalibiyyət sayəsində “Başakşehir” turnir cədvəlində zirvəyə yüksəlib.

Avroliqa uğrunda mübarizə aparan “Trabzonspor” yenə qələbəyə həsrət qalıb. Qələbəsiz oyunlar seriyası 3-ə çatan Trabzon təmsilçisi autsayder “Adanaspor”la heç-heçə edib.

“Fənərbaxça” öz meydanında “Antalyaspor”u qəbul edib. Matç gözlənilmədən İstanbul klubunun yenilgisi ilə başa çatıb.


Türkiyə Superliqası

31-ci tur

13 may

“Başakşehir” - “Gənclərbirliyi” 2:1
Qollar:
Rantie, 26 (0:1), Mossoro, 57 (1:1), Pektemek, 66 (2:1)

“Adanaspor” - “Trabzonspor” 1:1
Qollar:
Yazıcı, 20 (0:1), Renan, 31 (1:1)

“Fənərbaxça” - “Antalyaspor” 0:1
Qol:
Kadah, 47

Qeyd edək ki, “Beşiktaş”dan 1 oyun çox keçirən “Başakşehir” 66 xalla liderdir. 1 xal az toplayan “Qara qartal” ikinci, 57 xallı “Fənərbaxça” üçüncü, 49 xalı olan “Trabzonspor” 5-ci, “Antalyaspor” isə altıncı yeri tutur.

Son xəbərlər