"Bu hissi gərək yaşayasan. Başqa cür çıxmasın, hər adama nəsib olmur. Lakin Rafaelin Rafael olmasında valideynlərimin, ailəmin, müəllimlərinin dəstəyi və əməyi olub".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev təəssüratlarını bölüşərkən söyləyib.
75 kq çəkidə mübarizə aparan idmançı mükafatlandırma mərasimindən sonra keçirilən brifinqdə jurnalistlərin digər suallarını da cavablandırıb.
- Qələbəni övladınıza həsr etdiniz?
- Övladım olub, çox gözəl hissdir. Bunu çoxları bilir. Onun doğulmasındam sonra 3-cü qızıl medalımdır.
- Hansı görüş daha çətin keçdi?
- Türkiyəli rəqibimlə demək olar ki, 7 dəfə görüşmüşük. Çox güclü rəqiblərimiz var. Hamısı göz qabağındadır.
- Atletlər Kəndində ab-hava necədir? Digər ölkələrin nümayəndələri ilə həmrəylik yarada bilmisiniz?
- 24 ildi karatedəyəm, çox rəqiblərimi tanıyıram. Döyüşmək başqa, kənar da münasibət başqa.
- Bu gün sizə yüksək səviyyədə dəstək oldu...
- Prezidentimiz çox sağ olsun, gəlib dəstək oldu. Azarkeşlərə də minnətdarlığımı bildirəm. Hamısının qarşısında baş əyirəm.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı