Rauf Rəhimov 1/4 finalda - İslamiada

Rauf Rəhimov 1/4 finalda - İslamiada
XƏBƏR 13 May 2017 / 20:11 2035
-  A +

Azərbaycan millisinin boksçusu Rauf Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, ölkəmizi 81 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 final mərhələsindəki döyüşünü qalib kimi bitirib.

O, Hafidz Adli Mohdunu (Malayziya) 5:0 hesabı ilə məğlub edib.

Rəhimovun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Təmsilçimiz Əli Xanla (Pakistan) üz-üzə gələcək.


Son xəbərlər
topaz banner