Bu gün İslam Həmrəylik Oyunlarında cüdo yarışlarına start verilib.
Qol.az-ın xəbərinə görə, yarışda mübarizə aparan cüdoçularımızdan 9-u finala vəsiqə qazanıb. Cüdoçularımızdan Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, Erdenebat Bazarraqça qızıl, Rüstəm Orucov, Aişə Qurbanlı, Nəzakət Əzizova, Kifayət Qasımova, Xanım Hüseynova gümüş medal qazanıblar.
Kişilər
60 kq
Bu çəki dərəcəsində yarışan Orxan Səfərov mübarizəyə 1/4 finaldan başlayıb. Cüdoçumuzun ilk rəqibi Ali Xosrof (Yəmən) olub. Səfərov 48 saniyəyə qələbə qazanıb. O, yarımfinalda qırğızıstanlı Otar Bestayevlə mübarizə aparıb. Səfərov rəqibinə şans verməyib. Təmsilçimiz finalda Bəkir Özlü (Türkiyə) ilə münasibətinə aydınlıq gətirib. Gərgin keçən mübarizədə 2:1 hesabı ilə qalib gələn cüdoçumuz İslamiadanın qalibi olub. Bununla da cüdo yığmamız İslamiadada ikinci qızıl medalını qazanıb.
66 kq
Nicat Şıxəlizadə də yarışa 1/4 finalla start verib. Avropa çempionatının bürünc mükafatçısı Eisa Macraşidən (Səudiyyə Ərəbistanı) üstün olub. Həmyerlimiz yarımfinalda Əlireza Xojastehlə (İran) münasibətinə aydınlıq gətirib. Şıxəlizadə bu qarşılaşmanı da xeyrinə bitirib. O, finalda Houd Zourdaniyə (Əlcəzair) ipponla qalib gələrək ölkəmizə növbəti qızıl medal qazandırıb.
73 kq
Avropa çempionu Hidayət Heydərov 1/8 finalda toqolu Frederik Adebayo Olimpionu sınağa çəkib. Həmyerlimiz rəqibini 68 saniyəyə ippona salıb. O, ikinci cəhdində Bekadil Şaymerdenovla (Qazaxıstan) güləşib. Bu rəqib də Heydərova qalib gələ bilməyib. Onun ardınca Qiyosjon Boboyevi (Özbəkistan) də məğlub edən təmsilçimiz mübarizəni finalda davam etdirib.
Bu çəkidə ölkəmizi təmsil edən Olimpiya Oyunlarının bürünc mükafatçısı Rüstəm Orucov da İslamiadaya qələbə ilə başlayıb. O, 1/8 finalda Behrusi Xocazadəni (Tacikistan) mübarizədən kənarlaşdırıb. Orucov yarımfinala gedən yolda iordaniyalı Yunis Odatı da ipponla məğlub edib. O növbəti deulində türkiyəli Həsən Vanlıoğlunu sınağa çəkib. Rüstəm bu dəfə rəqibindən güclü olduğunu sübut edib.
Nəticədə finalda Azərbaycan dueli olacaq. Heydərov Rüstəmovla qarşılaşıb. Bu görüşdə ipponla qalib gələn Hidayət Heydərov qızıl medal qazanıb. Rüstəm Orucov gümüş medalla kifayətlənib.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı yarışa yarımfinaldan başlayıb. O, ilk cəhdində iordaniyalı Ayah Kitaneyə heç bir şans verməyib.
Digər təmsilçimiz Erdenebat Bazarraqça isə qazaxıstanlı Səltənət Sultanbekova və mərakeşli Vafai Şofre İdrissi ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirib. Hər iki rəqibi üzərində qələbə qazanan Bazarraqça finala adlayıb. Onun həlledici görüşdəki rəqibi Aişə Qurbanlı olub. Erdenebat qələbə qazanmaqla İslamiadada Azərbaycana ikinci qızılı qazandırıb. A.Qurbanlı iə gümüş medalla kifayətlənib.
52 kq
Nəzakət Əzizova yarışa 1/4 finalla start verib. O, ilk olaraq qabonlu Ester Korine Evala Bondime ilə mübarizə aparıb. Həmyerlimiz cəmi 49 saniyəyə qələbə qazanıb. Əzizova finala gedən yolda özbəkistanlı Diyora Keldiyorova ilə qüvvəsini yoxlayıb və mərhələ adlayıb. O, finalda türkiyəli İrəm Qorxmazla qarşılaşıb və məğlub olaraq gümüş medalla kifayətlənib.
57 kq
Yığmamızın yeni legioneri Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşüb. Təmsilçimiz mərhələ keçməkdə çətinlik çəkməyib. O, 1/4 finalda Ratiba Tariket (Əlcəzair) ilə güləşib və ipponla uduzub. Buna baxmayaraq, o, medal şansını davam etdirəcək. İçinxorlu təsəlli görüşündə Amangül Allanazarova (Özbəkistan) qüvvəsini sınayıb və məğlub olub.
Kifayət Qasımovanın da ilk cəhdi 1/8 finala təsadüf edib. Mərakeşli Yusra El Buhariyə ipponla qalib gələn cüdoçumuz ardınca qığızıstanlı Kseniya Beldiaginanı da vaxtından əvvəl məğlub edib. O, yarımfinalda Züleyxa Dabonne (Fil Dişi Sahili) ilə gücünü yoxlayıb və yenə tatamini qalib kimi tərk edib. İdmançımız finalda Ratiba Tariket (Əlcəzair) qarşılaşıb və məğlub olub.
63 kq
Xanım Hüseynovanın ilk rəqibi türkmənistanlı Ayna Cumaquliyeva olub. Təmsilçimiz ipponla mərhələ adlayıb. O, yarımfinalda Məryəm Bjaoui (Tunis) ilə qarşılaşıb. Bu rəqibini də mübarizədən kənarlaşdıran Hüseynova finalda türkiyəli Busra Katipoğlu ilə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi