Atletimiz 6-cı oldu

Atletimiz 6-cı oldu
XƏBƏR 13 May 2017 / 14:38 2113
-  A +

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından Qol.az-a verilən məlumata görə, komandamız yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün – ilk yarış gününə çəkisi 56 kq olan kişilər start veriblər. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edib.

Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub.
Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib.Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutub.

Son xəbərlər
topaz banner