Daha 3 boksçumuz rinqə çıxır - İslamida

Daha 3 boksçumuz rinqə çıxır -  İslamida
XƏBƏR 13 May 2017 / 12:51 2160
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün boks millimizin daha üç üzvü rinqə çıxacaq.

52 kq çəki dərəcəsində yarışan Məsud Yusifzadə ilk görüşündə türkiyəli Ömər Koçla qarşılaşacaq.

75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı da ilk görüşünü keçirəcək. O, Desmond Amsterdamla (Qayana) qüvvəsini sınayacaq.

81 kq çəki dərəcəsində yarışan Rauf Rəhimov isə malayziyalı Hafidz Adli Mohdu ilə üz-üzə gələcək.

Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.

Qeyd edək ki, +91 kq çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidov ilk görüşündə qazaxıstanlı Nurlan Saparbayı məğlub edib.

Son xəbərlər
topaz banner