“Hesab edirəm ki, ümumilikdə yaxşı nəticə göstərdim”. Bunu Azərbaycan gimnastı Marina Durunda deyib.
İslam Oyunlarında M.Durunda halqa və topla hərəkətlərdə finala çıxıb. O deyib ki, çıxışlar zamanı çox həyəcanlı olub: "Əhvalım normaldır, amma başa düşürəm ki, daha yaxşı çıxış edə bilərdim. Mən zədədən sonra bu gün ilk dəfə xalça üzərinə çıxmışdım”.
O, həmçinin öz komanda yoldaşlarını da dəstəkləyib: “Təəssüf ki, nların çıxışını görə bilmədim. Amma nəticələrə görə demək olar ki, onlar yaxşı çıxış edib. Mən Zöhrə Ağamirova ilə fəxr edirəm. Onun 15 yaşı var, indiyədək bu miqyaslı yarışda iştirak etməyib. Amma bu gün özünü çox yaxşı göstərib. Əlbəttə, mən Zöhrəyə, həm də Jalə Piriyevaya azarkeşlik edirəm. Ümid edirəm ki, komanda hesabında medal götürəcəyik”.
O qeyd edib ki, bu gün çıxış zamanı çox həyəcanlı olub: “Bu gün tamaşaçılara ilk dəfə öz proqramımı təqdim etdim. Öz əhvalımı nə dərəcədə onlara ötürə bildiyimi deyə bilmərəm, amma fikrimcə, mən öz ruhumu çıxışıma daha çox qoya bilərəm”.
Mənbə: “Trend”
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı