Sevincindən xəstəxanalıq oldu - İslamiada

Sevincindən xəstəxanalıq oldu -  İslamiada
XƏBƏR 12 May 2017 / 17:35 5260
-  A +

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib.

Qol.az-ın məlumatına görə, bu barədə kamerun mətbuatı xəbər yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib.

Onun komandası matçın 30-cu dəqiqəsində hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib.

Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldır.

Qeyd edək ki, Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə