Məhəmmədrəsul qələbə ilə başladı

Məhəmmədrəsul qələbə ilə başladı
XƏBƏR 12 May 2017 / 15:08 2306
-  A +

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib.

Qol.az-ın xəbərinəı görə, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.
 
+91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə